Şəhid əsgər Qəbələdə dəfn edilib.

Unikal.org report.az-a istinadən bildirir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu dəfn edilib. Şəhid 1999-cu il təvəllüdlü S.Alışov doğulduğu Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.

Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, şəhidin 1 qardaşı və 1 bacısı var.

Allah rəhmət eləsin!