Azərbaycanda 2016-2017-ci illər dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində çalışan professor-müəllim heyətinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, 2016-2017-ci illər dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində çalışan professor-müəllim heyətinin sayı 6074 -nəfər olub və bunlardan 81 nəfəri fəlsəfə doktorudur.

2009-2010-cu illərlə müqayisədə professorların sayında 1091 nəfər azlma müşahidə edilib.

Belə ki, 2009-2010-cu ildə 7165 nəfər, 2010-2011-ci ildə 7126 nəfər, 2011-2012-ci ildə 6639 nəfər, 2012-2013-cu ildə 6260 nəfər, 2013-2014-cu ildə 6096 nəfər, 2014-2015-cu ildə 6008 nəfər, 2015-2016-ci ildə 6104 nəfər, 2016-2017-ci ildə isə 6074 nəfər təşkil edib.

2009-2010-cu illərlə müqayisədə 2016-2017-ci ildə fəlsəfə doktoru üzrə professorların sayı 53 nəfər azalıb.

Belə ki, 2009-2010 cu ildə 134, 2010-2011-ci ildə 79, 2011-2012-ci ildə 70, 2012-2013-cü ildə 87, 2013-2014-cü ildə 85 nəfər, 2014-2015-cü ildə 86, 2015-2016-ci ildə 87 nəfər, 2016-2017-ci ildə 81 nəfər təşkil edib.

Amid