SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
“Milan”da yeni prezident - FOTO
İDMAN 17:04 / 21.07.2018
İtaliyanın "Milan” klubunun yeni prezidenti müəyyənləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, klubun səhmdarlarının iclasında rəhbər heyətində dəyişikliklər edilib. "Milan”ın prezidenti Li Yun Hun və klubun baş direktoru Marko Fassone vəzifəsindən azad edilib. Klubun yeni prezidenti italyan iş adamı Paolo Skaroni təyin olunub.

"Milan” maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə avrokuboklardan iki illik uzaqlaşdırılmışdı. Beynəlxalq İdman Arbitraj Məhkəməsi isə bu cəzanı ləğv edib.