Bakıda mənzillərdən velosiped oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, iyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyev saxlanılıb.