SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
İntihar edən abituriyentin anası özünü öldürdü - Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ
HADİSƏ 18:13 / 21.07.2018
Sumqayıt şəhərində14 mərtəbəli yaşayış binasındaorta yaşlı qadın intihar edib.O, hadisə yerində dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, özünü oğlunun intihar etdiyi yerdə öldürən qadın1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmovadır.

Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal topladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.