"Realın futbolçusu Kərim Benzema karyerasını İtaliyada davam etdirə bilər.

Unikal.org xəbər verir ki, Benzemanın xidmətində "Milan maraqlıdır. Klub rəhbərliyinin futbolçunun nümayəndəsi ilə görüşdüyü də bildirilir.

"Milanın baş məşqçisi Cennaro Qattuzonun isə Kərimə şəxsən zəng etdiyi barədə də məlumat yayılıb. Deyilənlərə görə, Benzema bu keçidin əleyhinə deyil.

"Milan onunla 2022-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlamaq istəyir. Rəhbərlik Benzemaya "Realda aldığı qədər məvacib vəd edib. Onun "kral klubunda illik məvacibi 10 milyon avrodur.