Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən "Bərəkət marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***20:24

Hadisə Ləzgilərin mağazası adlanan iaşə obyektində baş verib.

Unikal.org xəbər verir ki, hazırda sözü gedən super marketdə güclü yanğın başlayıb.

Əraziyə çoxsaylı yanğın söbdürınlər cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Hadisənin baş vermə səbəbləri araşdırılır.