Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Avaşin-Basyan və Zap bölgələri ilə Hakkaridə hava əməliyyatı həyata keçirib.

Unikal.org-un "Milliyetə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində 8 PKK-çı məhv edilib. Bu barədə Baş Qərargahının bəyanatında bildirilib.

Qeyd olunur ki, terrorçular İraqın şimalında Avaşin Basyan və Zap bölgələrində keçirilən əməliyyat çərçivəsində neytrallaşdırılıblar.