Yevlaxda iki avtomobil toqquşub.

Unikal.org "Report"a  istinadən xəbər verir ki, hadisə axşam saatlarında Mingəçevir-Xaldan avtomobil yolunda rayonun Varvara kəndi Səmtinə ayrılan istiamətdə baş verib.

Belə ki, "Niva" markalı avtomobil "VAZ-2106" markalı maşını arxadan vuraraq avtomobili deformasiyaya uğrayıb.

Avtomobildə olanlar yüngül xəsarətlə qurtulsa da sürücülər arasında magistralda keçən vətəndaşlar önündə əlbəyaxa davaya çata biləcək səviyyədə gərgin mübahisə yaşanıb.

Faktla bağlı araşdırma aparılır.