Bakı şəhərində yanğın qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata əsasən, paytaxtın Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılmış 12 ədəd elektrik sayğacı və 2 p.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.