Tovuzda dərman zəhərlənməsi olub. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 2002-ci il təvəllüdlü Eşqin Məhərrəmov dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Məhərrəmovun hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.