Cənubi Afrika Respublikasında naməlum şəxslər mikroavtobusa hücum ediblər.

Unikal.org xəbər verir ki, hücum nəticəsində 11 nəfər həlak olub.

Bildirilir ki, mikroavtobusun sərnişinləri Taksiçilər Assosiasiyasının üzvləri olublar. Onlar Kvazulu-Natal vilayətindən Yohannesburqa həmkarlarının dəfnində iştirak etməyə gedirlərmiş.

Polisin verdiyi məlumata görə, onlara kolların arxasinda gizlənən silahlılar qəflətən hücum ediblər.