SON XƏBƏRLƏR
15 Avqust 2018
16 Avqust 2018
Üçüncü dəfə zəlzələ oldu - 128 nəfər xəsarət aldı (YENİLƏNİB)
DÜNYA 18:58 / 22.07.2018
Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.

Qeyd edək ki, undan əvvəl "Sinxua" agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

17:03

Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.

Unikal.org-un "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.
Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.