SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Bakı bazarlarında xiyar bahalaşdı
İQTİSADİYYAT 19:12 / 22.07.2018
Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir.

Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.

Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib: "Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.

Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.