SON XƏBƏRLƏR
15 Avqust 2018
16 Avqust 2018
Bakının it bazarında qiymətlər - VİDEO
CƏMİYYƏT 20:02 / 22.07.2018
Bakıda yay aylarında it və pişik alanların sayı artır. Biri ov üçün, digər isə bağ evini qorumaq üçün it alır.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, paytaxtın mərkəzi hissəsində yerləşən "Təzə bazar"da 50 manatdan 1000 manata kimi it tapmaq mümkündür. Kirpilər isə ən çox həyət evlərində ilanların məhv edilməsi məqsədi ilə alınır.

Çəkiliş zamanı məlum oldu ki, xüsusən bu aylarda bazarda canlanma müşahidə olunur. Bunun isə başlıca səbəbi yay aylarında bağ evlərinə bu cür heyvanların alınmasıdır. İtlərin qiymətləri cinsinə görə dəyişir. Minimum bir itin qiyməti 50 manatdan başlayır.

Ən çox satılan itlər isə Sibir cinsli itlərdir.

Bazarda qiyməti 100-150 manat olan itlərə tələb daha çoxdur.

Satıcıların sözlərinə görə, yay aylarında kirpi alanların da sayı çoxdur. Kirpilər isə ən çox həyət evlərində ilanların məhv edilməsi məqsədi ilə alınır.

Bundan başqa, bazarda müxtəlif növ pişiklər var.

Qiymətləri isə 50 manatdan başlayır. Hətta 1500 manata və daha baha qiymətə pişiklər satılır.