Gündəlik vacib namazlarda Fatihədən sonra bir surə oxunmalıdır. Hədislərdə və fəqihlərin fətvalarında buyurulur ki, namazlarda İxlas surəsi tərk edilməsin. Xüsusən də ikinci rəkətdə Fatihədən sonra.

Unikal.org islaminsesi.info-ya istinadən bildirir ki, bəs Həmddən sonra oxunan hər hansı bir surənin yarsını oxuya bilərikmi? Bu surə tam oxunmalıdır?

Cavab:

Ayətullah Xamenei:

Ehtiyat vacib budur ki, Həmddən sonra bir tam surə oxunsun. Əgər vaxtın azlığı və ya başqa qorxu olarsa gərək surə oxumasın.

Ayətullah Sistani:

Bəli. Ehtiyat vacibə görə surə tam oxunmalıdır.

Ayətullah Məkarim Şirazi:

Ehtiyat vacibə görə Qurani Kərimdən tam bir surə oxusun.

Ayətullah Nuri Həmədani:

İnsan gərək gündəlik namazlarında Həmddən sonra tam bir surə oxusun.