Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.

Unikal.org erməni mətbuatına istinadə xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

"Müasir silah idxal edilib. Rusiya ordusunun silahlanmasında belə bir şeyin olmaması istisna deyil", - deyə nazir bildirib.

Tonoyan həmçinin qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Lakin o, lazım gələrsə, bəzi müqavilələrin müddəalarına yenidən baxılmasını da istisna etməyib.

2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb.