Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xan Qərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Ford" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.