Biləsuvar rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri aşıb. Qəza nəticəsində yaralıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.