SON XƏBƏRLƏR
15 Avqust 2018
16 Avqust 2018
Şəkidə iki nəfəri it, bir nəfəri isə at dişlədi
HADİSƏ 00:38 / 23.07.2018
Şəkidə iki nəfəri it dişləyib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Orta Zəyzid kənd sakini, 1970-ci il təvəllüdlü Mərziyə Nağdalı qızı Manafova sağ əlinin, rayonun İncə kənd sakini 1961-ci il təvəllüdlü Kişbər Muxtar qızı Həşimova sol ayağın bud nahiyəsinin it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirilib ki, hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Şəkinin daha bir sakinini isə at dişləyib.

Məlumata görə, bu gün saat 15 radələrində rayonun Birinci Biləcik kənd sakini, 1966-cı il təvəllüdlü Asim Yusif oğlu İslamov ailəsinə məxsus bağ torpağında atla iş görən zaman at onun sağ kürək və sol çinin nahiyəsindən dişləyib. Aldığı xəsarətlə bağlı Asim İslamov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

MRX-dan bildirilib ki, Asim İslamova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.