Tovuz sakini elektrik mişarı ilə iş görən zaman özünə xəsarət yetirib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini 1993-cü il təvəllüdlü Elmar Bədəlov həyətində elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində döş qəfəsindən xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin normal olduğu bildirilir.