Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Unikal.org-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı planlaşdırılır.