Türkiyənin Balıkesir şəhərində ölümlə nəticələnən dava düşüb. Ahmet G. ve Tayfun Doğanlaroğlu arasında pul üstündə mübahisə yaranıb. Mübahisə sonradan davaya çevirilib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki, borcunu istəyən Ahmet G. üzərində daşıdığı bıçaqla Doğanlaroğlunun burnunu kəsib. Hirsi soyumayan Ahmet.G onun boğazından və sinəsndən də bıçaq zərbəsi vurub. Tayfun Doğanlaroğlu ağır yaralı şəkildə çatdırıldığı xəstəxanada həyatını itirib.

Hadisə yerinə gələn polis əməkdaşları cinayəti törədən şəxsi tutublar. Hadisə ilə bağlı istintaq başladılıb.