Dağıstanda xilasedicilər Xəzər dənizində 4 nəfərin boğulması barədə məlumat əldə etdikdən sonra axtarışlara başlayıb.

Unikal.org "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məbuat xidmətindən həmçinin məlumatın doğruluğunun aydınlaşdırıldığı da vurğulanıb.

Axtarışlara 21 nəfər və 2 ədəd texnika cəlb olunub.