Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya milli komandasındakı karyerasını başa vuran futbolçu Mesut Özilə dəstək olub. 

Unikal.org  "TRT Spor"a istinadən xəbər verir ki, dövlət başçısı iyulun 23-də türk əsilli yarımmüdafiəçi ilə danışdığını söyləyib: "Dünən Mesut ilə danışdım. Onun açıqlaması tam milli davranışdır. Mesutun gözlərindən öpürəm. Almaniya milli komandasının uğurları üçün tər tökən gəncə qarşl belə irqçi yanaşma qəbuledilməzdir".

Qeyd edək ki, M.Özilin R.T.Ərdoğanla fotosu alman fanatları tərəfindən tənqidlərə məruz qalıb. Futbolçu isə irqçi münasibətlə üzləşdiyini əsas gətirərək Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.