Rusiya prezidenti Vladimir Putinin müşaviri Veniamin Yakovlev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.  

V.Yakovlev ilə vida mərasimi iyulun 26-da Mərkəzi Klinik Xəstəxanada keçiriləcək.