Bu gün İsrail ordusu tərəfindən vurulan, Suriyaya məxsus "Su-22 bombardmançı təyyarəsinin pilotlarından biri ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə "Al Masdar xəbər portalına Suriyadakı hərbi mənbə bildirib. İkinci pilotun taleyindən hələlik xəbər yoxdur. Ölən pilot Omran Murai adlı polkovnikdir.
Qeyd edək ki, İsrail ordusu bu gün Suriya hərbi təyyarəsinin "Patriot hava-raket hücumundan müdafiə kompleksi ilə vurulduğunu açıqlayıb. İsrail tərəfi təyyarənin ölkə hava məkanını pozaraq 2 km irəlilədiyini bildirir. SANA agentliyi isə təyyarənin Suriya hava məkanında olduğunu və Yarmuk vadisindəki Sayda yaşayış məntəqəsi yaxınlığında terrorçuları bombaladığını iddia edir.