Moldova Azərbaycanlıları Konqresinin (MAK) İdarə Heyətinin üzvü, iş adamı Müqabil Hümbətov vəfat edib. 

Unikal.org-un  məlumatına görə, iş adamı xəstəlikdən dünyasını dəyişib.

Müqabil Ələkbər oğlu Hümbətov 12 mart 1963-cü ildə qərbi Azərbaycanda anadan olub və uzun müddətdir Kişinyovda yaşayıb. O Moldovada Azərbaycan diasporunda və yerli iş həyatında tanınmış şəxs olub.