Əfqanıstan paytaxtı Kabildə terror hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı dörd əməkdaşı ölüb.

Bu barədə Unikal.org "ToloNews" telekanalına istinadən xəbər verir.

Polisin verdiyi məlumata görə, Baq-e-Daud rayonunda terrorçu-kamikadze özünü təhlükəsizlik qüvvələrinin əməkdaşları yanında partladıb. Beş nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti üzərinə radikal "Taliban" hərəkatının yaraqlıları götürüblər.