Ermənistanın baş naziri Nikol Paşinyan "Əl-Cəzirə telekanalına müsahibəsində Dağlı Qarabağ münaqişəsindən danışarkən Azərbaycan prezidenti İlham Əliyevlə üz-üzə görüşməyə hazır olduğunu bildirib.  

Unikal.org erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, N.Paşinyan həmçinin Ermənistanın Türkiyə ilə qeyd-şərtsiz diplomatik münasibətlər qurmaq niyyətində olduğunu bildirib.   

Ermənistanın baş naziri müsahibəsində ölkəsindəki "məxməri inqilab, hakimiyyət dəyişməsinin nəticələri, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə ilə bağlı sərhədlər barədə danışıb.