Moskva ətrafında 6 avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında 4 nəfər həyatını itirib. 

Unikal.org  TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-nin mətbuat xidmətindən məlumat verilib.

"Saat 01:30 radələrində Novaryazanskovo şosesinin 27-ci kilometrliyində "Kamaz" markalı yük maşını 6 avtomobillə toqquşub, 4 nəfər ölüb", - idarədən bildiriblər.

Hadisə yerinə istintaq qrupu cəlb edilib, qəzanın başvermə səbəbləri araşdırılır, avtomoboillərin hərəkətində xeyli çətinliklər yaranıb.