Bursada eskort qıza (pul qarşılığında cins əlaqəyə girən) "məmnun qalmadım deyərək bıçaqlayaraq pulunu alıb qaçan şəxs saxlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinsi əlaqəyə girdiyi Ç.Ö (27) adlı qadına verdiyi pulu ayağına bıçaq batırıb geri aldığı iddiası ilə həbs olunan M.G (26) barəsində 15 il həbs cəzası istənilib.

Bildirilir ki, hadisə iyulun 26-da axşam saatlarında baş verib. M.G internetdə eskort saytlarının birində tanış olduğu Ç.Ö ilə 150 TL qarşılığında razılığa gəlib. M.G evinə getdiyi qızla cinsi əlaqəyə girdikdən sonra məmnun qalmadığını söyləyərək pulunu geri istəyib. Bu zaman Ç.Ö pulu qaytarmamaqda israr etməyə başlayıb. M.G üzərində gəzdirdiyi bıçağı çıxarıb qadının sağ ayağına batıraraq pulunu götürüb evdən gedib. Öz imkanlarıyla xəstəxanaya gedib, yüngül tibbi müdaxilə aldıqdan sonra polis bölməsiə gedib. O ifadə verərək onu bıçaqlayan şəxasdən şikayətçi olub. M.G polis tərəfindən tutularaq həbs olunub.