Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, təxminən 25-30 yaşlı sərxoş oğlanın halı yolun kənarında qəfil pisləşib. Bunu görən Bakı sakiniAynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib.

Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən bir saat müddətində gəlib.

Təcili Tibbi Yardım Xidmətinin həkimi isə sualları cavablandırmaqdan boyun qaçırıb. Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Küçədə ölən gəncin Sabirabad rayon sakini 30 yaşlı Elman Hüseynov olduğu məlum olub.