Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü təşəbbüsü ilə çıxış etməyi barədə danışıb.

Unikal.org xəbər verir ki, o azərtac-ın muxbirinin sualına belə cavab verib:

"Bu, Rusiya XİN-ə çox tez-tez verilən suallardan biridir və mən dəfələrlə demişəm ki, belə əlaqələrə, ilk növbədə, hər iki tərəf maraq göstərməlidir. Rusiya öz vasitəçi rolu ilə həmişə bu tərəflərin yanındadır və iştirakçıların fikrincə həmin rolun öhdəsindən uğurla gəlir. Biz ölkələrin özləri üçün məqbul olan və əlbəttə, konstruktiv məcrada gedən və müsbət nəticə verən dialoqun, qarşılıqlı fəaliyyətin, ünsiyyətin istənilən formalarını alqışlayırıq. Düşünürəm ki, bu, həm Azərbaycanda, həm də Ermənistanda yaxşı məlumdur, bizim mövqeyimiz ənənəvidir, lakin görünür, bu kursu ardıcıl olaraq həyata keçirən Rusiyanın güclü tərəfi də bundadır."