Tacikistan prezidenti Emomali Rahmonun Azərbaycan səfərinin tarixi açıqlanıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, səfər avqustun 9-na planlaşdırılır.

Bildirilir ki, Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Özbəkistan və Türkmənistana da səfəri planlaşdırılıb.