Sumqayıt şəhərində əxlaqsızlıq yuvasına çevrilən restoranlara qarşı reyd keçirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisindəki "Metallurq", "Qızlar bulağı", "Göyçə" restoranlarında əxlaqsızlıqla məşğul olan 24 kişi və 30 qadın saxlanılıb.

Saxlanılanlar barəsində inzibati protokol tərtib olunub.