Abşeron rayonunda qətl hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər veirr ki, rayonun Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində 1976-cı il təvəllüdlü Müşfiq Abbasov bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Müşfiq Abbasov xəstəxanada ölüb.

Məlum olub ki, Müşfiq Abbasov hadisədən əvvəl qaynı tərəfindən şəxsi münasibətlər zəminində mübahisə edib.

Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.