"Çelsinin futbolçusu Alvaro Morato ata olub.

Unikal.org xəbər verir ki, futbolçunun əkiz övladları dünyaya gəlib. Uşaqlara Alessandro və Leonardo adını veriblər. Morata "instaqramda belə yazıb:

"Bu günü heç vaxt unutmayacağam. Gözləntim uzun, çox uzun çəkdi. Bu 9 ay bizim üçün 3 ilə bərabər oldu. Sənə təşəkkür etmək üçün söz tapa bilmirəm, Alisa.

Sağ ol ki, mənə gözəl və heyrətamiz dünya bəxş etdin. Hər gün mənim yanımda olduğun üçün Allaha təşəkkür edirəm. Sən mənim həyatımın təməl daşısan.