SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
Federasiya prezidenti 1997-ci ildə çəkilmiş görüntülərdən danışdı - İdmançılar küçədə...
MÜSAHİBƏ 14:47 / 30.07.2018

Keçmiş dünya, Avropa çempionları və mükafatçılarının video görüntüsü yayılıb. Unikal.org-un əldə etdiyi videoda Azərbaycanda ilk federasiyanın yaradıcısı, dünya çempionu, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoy və komandası əks olunub. Belə ki, idmançılar çempionat öncəsi açıq havada, küçədə məşq prosesi keçir.


Azərbaycan Uşu, Azərbaycan Muaytay-Tayboks Federasiyalarının Prezidenti Unikal.org-a müsahibəsində bildirib ki, görüntülər 1997-ci ildə dünya çempionatı öncəsi çəkilib:

- Bu görüntülərdəki idmançılar kimdir? Harada lentə alınıb?

- Birinci görüntüdəki idmançı Rasəf Mehdiyevdir. Yanında məşq edənlər Ramil Allahverdiyev, Rəfael Axundovdur. İkinci görüntüdəki dünya çempionu Canpolad Budaqovdur. 3-cü videoda gördüyünüz Ramil Allahverdiyevdir. Bu görüntülər 1997-ci ildə Romada çəkilib. İtaliyada uşu üzrə dünya çempionatı öncəsi çəkilən görüntülərdir. Səhər çəki olmuşdu və sabahkı döyüşə idmançıları yormadan artıq suyu bədəndən çıxartmaq üçün yüngül məşq idi.

- Yarışa idmançı göndərərkən seçimi siz edirsiniz, ya məşqçilərin öhdəliyinə buraxıbsınız?

- 1990-cı ildən etibarən il ərzində güclü məşqlər keçmişik. 2011-ci ilə qədər özümüzün daimi zalımız vardı. İl boyu yığma komandanın üzvləri burada məşq edirdi. Həmin məşq prosesini də mən özüm aparırdım.

Ancaq zalımız 2011-ci ildən alınandan sonra daimi məşq yerimiz olmadığı üçün biz yalnız yarışlardan bir neçə ay öncə məşqlərə başlaya bilirik.

Onu deyim ki, əvvəlki illərdə yarışlara gedəndə idmançılar barədə seçimi yığma komandanın baş məşqçisi kimi özüm edirdim.

Ancaq son 5-6 ildə bizim tanınmış idmançılardan ibarət yığmaya məşqçilər seçilib. Bu səbəbdən də yarışa gedərkən yığmanı formalaşdıran zaman kollektiv olaraq qərar veririk.

- Bəs, Azər Həsənsoy əvvəlki kimi güclü komandanı indi də yığa bilib, ya müəyyən çətinliklər var?

- Əvvəlki komandadan daha güclüsünü hazırlamaq olar. Bunlar hamısı şəraitdən aslıdır. Açığı deyim ki, əgər komandanın il ərzində daimi məşqi olmasa, dünya çempionatında Uşu-dan və ya muay-Tay-dan nəticə vermək çətindir. İdmançılar var, sadəcə olaraq, məşqləri davam etdirmək lazımdır.

- İdmançılar bu idmana yazılarkən onlarla hansı danışıqlar aparılır?

- Bildiyiniz kimi, ilk müraciət edənlər klublara edirlər. Təbii ki, klublarda məşqçilər onlara bu idmanla bağlı məlumat verib, tanış edirlər. Yığmada tanınmış idmançılardır. Onlar istər uşu, istərsə də muay-tayı yaxşı bilən idmançılardır. Amma yenə də təbii ki, onlarla uzun söhbətlər aparılır.

Həm dəyişən yeni qaydalar barədə, həm onların dünya və Avropa çempionatlarında qarşılaşacaqları rəqibləri, texnikaları barədə söhbətlər aparılır. Mən yığma ilə bir baş məşqçi kimi danışıqlar aparıram və onları maarqlandıran suallara cavab verə bilirik.

Aygün İlqarqızı