Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesuruna qarşı ittiham irəli sürülüb.

Unikal.org  xəbər verir ki, federasiya prezidenti maxinasiyada ittiham edilir. Hökumətin araşdırmalarından sonra bəlli olub ki, Xesurun DÇ-2018-in seçmə mərhələ oyunlarının biletlərini sataraq, vəsaiti mənimsəyib.

Belə maxinasiyalara 9 ev oyunundan 8-də rast gəlinib. Müstəntiqlər bildiriblər ki, söhbət 42221 biletin satılaraq mənimsənilməsindən gedir.

Xesurunla yanaşı, federasiyanın sabiq başçısı Luis Bedoya və digər rəsmilərə qarşı da ittiham irəli sürülüb.