Cəlilabad rayonunda 2 nəfər silahlı şəxs saxlanılıb.

Unikal.org-un DİN-ə istinadən verdiyi xəbərə görə, saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Əliyevdən və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tələt Əliyevdən metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə S.Əliyevin evindən narkotik vasitə olan heroin və marixuana da aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq T.Əliyevin idarə etdiyi "Lada-Priora markalı avtomobildən 1 ədəd pnevmatik tüfəng, 1 ədəd bıçaq və pnevmatik tüfəngə aid patron, habelə onun tanışı, Şuşa şəhər sakini Eynulla Mustafazadənin idarə etdiyi "Range-Rover markalı avtomobildən 1 ədəd qaz tapançası, 4 ədəd dəyənək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.