Gəncədə kişi qadını yandırıb.

Unikal.org Bax.tv-yə istinadən xəbər verir ki, marketlərdən birinin təhlükəsizlik kameralarına düşən kadrlarda gənc oğlanla qızın mübahisə etdiyi görünür. Oğlan qızın əlindən nəyisə almağa çalışır. Mübahisə getdikcə daha da dərinləşir və kişi qadını yandırır. Həmin görüntüləri anbaan sizə təqdim edirik: (12:27)

***

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov hadisə ilə bağlı Unikal.org-a açıqlama verib. E.Qasımov bildirib ki, sözügedən görüntülər Gəncə şəhərində qeydə alınmayıb. Ümumiyyətlə son bir neçə ayda Gəncədə yanğınla bu cür hadisə olmayıb.