Bakının mərkəzi küçələrindən birində qəza olub.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub.

Hadisə nəticəsində azı bir nəfər xəsarət alıb, hər iki avtomobilə ciddi ziyan dəyib.