Rusiyanın Saratov vilayətinin Volsk rayonunda iki nəfərin ölümü və altı nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəza hadisəsi baş verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə "Sızran-Saratov-Volqoqrad magistralında baş verib.

Magistral yolda "Mitsubishi Outlander, "Hyundai Creta və "KIA Rio markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "KIA markalı avtomobildə olan əslən Azərbaycandan olan Cavadovlar ailəsi və Votskins şəhərindən olan Şaydurovlar ailəsinin üzvləri xəsarət alıblar. Rusiya mətbuatında yer alan məlumata görə, qəzaya səbəb "KIA-nın sürücüsü olub. O sürət həddini aşaraq "Hyundaila toqquşub. Bundan sonra birinci avtomobil "Mitsubishiyə çırpılıb. Güclü toqquşma nəticəsində "KIA markalı avtomobil yol kənarına aşıb. Qəza zamanı bu avtomobildə olan 1966-cı il təvəllüdlü sərnişin dünyasını dəyişib.

Xəstəxanaya çatdırılan Cavadovlar ailəsinin 26 yaşlı xanımının da həyatını xilas etmək mümkün olmayıb. Ailə başçısı, beş və səkkiz yaşlı övladları Volsk rayon xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

"KIA markalı avtomobildəki digər sərnişin - Nataliya Şaydurova yüngül xəsarətlərlə canını qurtarıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir. in təfərrüatı araşdırılır. "Mitsubishi avtomobilinin sürücüsünün sözlərinə görə, "KIA-nın sürücüsü sükan arxasında yuxuya gedib.