"Qarabağın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Unikal.org xəbər verir ki, "köhlən atlar ÇL-in 3-cü təsnifat mərhələsində BATE-ni (Belarus) mübarizədən kənarlaşdıracağı təqdirdə, səpələnməmişlər sırasında yer alacaq. "Qarabağın 7 potensial rəqibi var. Bunlar PSV (Hollandiya), eləcə də "Zalsburq (Avstriya) - "Şkendiya (Makedoniya), "Seltik (Şotlandiya) - AEK (Yunanıstan) və "Astana (Qazaxıstan) - "Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibləridir.

"Qarabağ" - BATE cütü ilə yanaşı, səpələnməmişlər səbətində "Yanq Boyz (İsveçrə), "Malmö (İsveç) - "Videoton (Macarıstan), "Srvena Zvezda (Serbiya) - "Spartak (Trnava, Slovakiya) cütlərinin qalibləri də olacaq.

Pley-off mərhələsinin püşkü avqustun 6-da atılacaq. Oyunlar isə 21-22 və 28-29 avqustda keçiriləcək.