Yük maşını minik avtomobilinin üzərinə aşdı.

Unikal.org Press.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Zabrat-Balaxanı yolunda zibillərin təmizlənməsi üçün istifadə olunan avtomobil idarəetməni itirərək başqa bir minik avtomobilinin üzərinə aşıb. Bildirilir ki, minik avtomobilinə çox ciddi ziyan dəyərək, dam hissəsi tamamilə əzilib. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə heləlik dəqiq məlumat yoxdur.

Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi şəkilləri sizlərə təqdim edirik.