Çində 78 yaşlı ana və onun 46 yaşlı oğlu ölüm ayağındadır. Onlar canlı qırxayaqları ənənəvi Çin sousu olan "əjdaha qanı" (soya şirəsi ilə qırmızı bibərin qarışığı) ilə yeyiblər.

Olay Çinin Quançjou vilayətində yaşanıb.

Unikal.org Daily Mail-ə istinadən bildirir ki, dözülməz baş ağrıları və boyunlarındakı qıcolmalardan şikayətlənən ana ilə balanın müayinəsi zamanı onlarda meningit aşkarlanıb. Habelə ana-balanın beyinlərində də qurd süfrələri vardı.

Çin xalq təbabətində canlı qırxayaq, ilbiz və s. həşaratlardan "müalicə" üçün istifadə olunur.

46 yaşlı oğulun dediyinə görə, o, zökəm olmuş anasını müalicə etmək üçün qırxayaq alıbmış.