Yəmənin qərbində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın endirdiyi hava zərbələri nəticəsində ən azı 40 nəfər ölüb, 70 nəfər yaralanıb.

Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Hadisə El Hodeida əyalətində baş verib.

Aviazərbələrdən biri hospital binasına endirilib.