Bakıda 3 otaqlı mənzil yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, şəhərin Xətai rayonunda ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və dolab 2 m² sahədə qismən yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.