Qusar rayonunda yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyindən (DİN) Unikal.org-a verilən məlumata görə, hadisə avqustun 2-də rayonun Xuray kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Novruz Babayev idarə etdiyi "Opel markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.